Инструкция по эксплуатации АТЛАНТ СМА 50С82 приложение

Страница 33

Advertising
background image

33

AZE

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

olaraq qoyun. Qabın hündürlüyü borun maşından çıxan dәliyindәn

aşağı olmalıdır. Sonra borunu çıxa bildiyi qәdәr maşından çıxarın.

Borunun tıxacını çıxarıb, suyu qaba tökün.

Boru olmadığı tәqdirdә qabı maşının qapağı altına qoyun vә ya

yaxşı su hoplan әski materialı sәrin.

Maşında suyun miqdarı çox olarkәn, su bir neçә mәrhәlә üzrә

boşaldılır.

Filtrәnin qәbzәsini, şәkil 23-ә müvafiq olaraq, saat әqrәbinin әks

istiqamәtindә çevirәrәk, filtrәni çıxarın.

DIQQӘT! Filtrә dәstәyi çevrilәn zaman qalan su tökülә bilәr.

7.3.3 Filtrәni zibildәn tәmizlәyin, onu su şırnağı altında yuyun.

7.3.4 Tıxacı yerinә taxın vә tәrs ardıcıllıqla filtrәni maşına qoyun.

Filtrәnin düzgün qoyulmasına, bәkidilmiş olmasına diqqәt edin.

Filtrәnin qapağını örtün.

8 S A X L A M A Ş Ә R T L Ә R İ V Ә D A Ş I M A

8.1 Bükülü halda çәmaşir maşınını nisbi nәmişlıyin 80%-dәn çox

olmadığı mühitdә, tәbii hava dәyişimi olan qapalı otaqda saxlamaq

lazımdır.

8.2 Əgәr uzun zaman maşından istifadә edilmәyәcәksә vә

isidilmәyәn otaqda saxlanacaqsa, maşının içindәki suyu tamamәn

tökülmәk lazımdır:

— çәngәli ştepseldәn çıxararaq, maşını elektrik şәbәkәsindәn

kәsin;

— su doldurma borosunu su kranlndan açıb, çıxarın;

— maşının suyu boşaltma borusunu kanalizasiyadan ayırın,

borunun ucunu әvvәlcәdәn hazırlanmış qaba salın ki, içindә qalan

su tökülsün;

— md. 7.3.2-yә uyğun olaraq, filtrәdәki suyu tökün, maşını azca

irәli әyәrәk, suyun tam çıxmasına nail olun.

8.3 Maşını başqa yerә daşımadan qabaq:

— 8.2-dә göstәrilәn kimi, maşındakı suyu kәnar edin;

— maşının çәnini zәdә almaqdan qorumaq üçün nәzәrdә tutulan

qoruma boltlarını yerinә taxın (md. 3.1.2-yә baxın, әmәliyyatlar tәrs

sıra ilә olacaq).

8.4 Maşını, hәr hansı nәqliyyat növü ilә daşıyarkәn o iş

vәziyyәtindә (şaquli) tutulmalı, möhkәm bәrkidilmәlidir.

Maşını yüklәrkәn vә ya yendirәrkәn onu zәrbәlәrә mәruz etmәk

QADAĞANDIR.

9 MÜMKÜN OLA BİLӘCӘK NASAZLIQLAR VӘ
ONLARIN ARADAN QALDIRILMA ÜSULLARI

9.1 İşlәdicinin aradan qaldıra bilәcәyi nasazlıqlar cәdvәl 3-dә

göstәrilmişdir.

9.2 Əgәr cәdvәl 3-dә göstәrilәn nasazlıq müstәqil olaraq

aradan qaldırıla bilmәmişsә, hәçinin әgәr displeydә

“F2”, “F3”,

“F4”,“F5”,“F6”, “F7”, “F8”, “F9”, “F10”, “F11”, “F12”, “F13”,

“F14”, “F15”, “F16” yazılmışsa, maşını elektrik şәbәkәsindәn

kәsin, su doldurma dәstәyini bağlayın vә xidmәt servisindәn mexanik

çağırın.

9.3 Xidmәt servisinә müraciәt edәrkәn maşının markasını vә

zavod nömrәsini bildirin.

9.4 «Akvastop» qoruma sistemi çalışmağa başlamadan (“F15”

yazılır), maşından bir qәdәr su tökülә bilmәsi mümkündür.

1 0 AT I Q L A R

10.1 Maşının bükülmәsi üçün istifadә edilәn materiallar yenidәn

işlәnә bilәr vә, әgәr ikinci xam maddә toplama mәntәqәsinә verilәrsә,

tәkrar istifadә edilә bilәr.

DIQQӘT! Uşaqların büküm materialları ilә oynamasına icazә

vermәyin, çünki plyonkaya dolaşaraq, boğulmaq ehtimalı vardır.

10.2 Atılmalı olan maşın, elektrik mәftili kәsilәrәk, qapı kilidi

qıraraq yarasız hala gәtirilmәlidir. Maşın atılarkәn, ölkәnin müvcud

olan qanunlarına әmәl edilmәlidir.

11 ZӘMANӘN ÖHDӘÇİLİKLӘRİ VӘ TEXNİK BAXIM

11.1 Maşının zәnanәt müddәti 3 ildir.

Zәmanәtli istifadә müddәti satış tarixindәn başlayır. Əgәr satış

haqqında mәlumat yoxdursa, zavod nömrәsindә yazılmış olan

istehsal tarixindәn sayılır.

11.2 Aşağıdakı hallarda zәmanәt verilmir:

— servis tәmiri göstәrәn tәşkilatların siyahısında olmayan şәxslәr

tәrәfindәn tәmir edilmәsi;

— maşının hәr hansı bir hәrәkәttә olan nәqliyyat növündә

işlәdilmәsi;

— tәlimatda göstәrilmiş olan yerlәşdirmә, bağlama qaydalarına,

tәhlükәsizlik tәlәblәrinә riayәt edilmәmәsi;

— cihazın vә onun hissәlәrinin mexaniki, kimyәvi vә termik

(istidәn doğan) zәdә alması;

— ekstremal şәrtlәrlә әlaqәdar olaraq vә ya qaçılması mümkün

olmayan qüvvәnin (yanğın, tәbii fәlakәt vә s.) tәsiri altında, hәmçinin

ev heyvanlarının, hәşәratların, gәmiricilәrin vasitәsi ilә әmәlә gәlәn

naszlıqlar meydana çıxarkәn.

11.3 Zәmanәtli istifadә müddәtindә maşının işinin keyfiyyәti

pulsuz yoxlanılır. Maşının zәmanәt tәmiri yerinә aparılması vә

tәmirdәn sonra geri gәtirilmәsi servis tәmiri göstәrәn tәşkilatların

vasitәsi ilә vә onların hesabına hәyata keçirilir.

Əgәr yoxlama zamanı maşının nöqsanı tәsdiqini tapmazsa,

nәqliyyat xәrclәri, servis xidmәtinin qiymәt cәdvәli әsasında, sahibi

tәrәfindәn ödәnmәlidir.

Nöqsan, maşının istifadә qaydalarının pozulması nәticәsindә

meydana çıxmışsa, nәqliyyat xәrclәri vә tәmir pulu, servis xidmәtinin

qiymәt cәdvәli әsasında, sahibi tәrәfindәn ödәnmәlidir.

DIQQӘT! İstehsalçı (satıcı), maşının yerlәşdirmә, şәbәkәyә

bağlama vә istifadә qaydalarının pozulması nәticәsindә istifadә

edәnin hәyatına, sağlamlığına vә ya mülkünә vurulan zәrәr üçün

cavabdeh deyildir.

İstifadә edәnin (istehlakçının) haqqları vә mükәllәfiyyәtlәri

“İstehlakçının haqqlarının qorunması” Qanunu әsasında tәnzim edilir.

11.4 Maşının tәmiri vә baxımı, bütün istismar müddәti әrzindә,

xidmәt servisinin ixtisaslı mexaniki tәrәvindәn edilmәlidir.

11.5 Maşının yerlәşdirilmәsi, su vә elektrik şәbәkәsinә

bağlanması ilә әlaqәdar olan montaj işlәri istehlakçı hesbına

hәyata keçirilir.

11.6 Servis xidmәti göstәrәn tәşkilatların siyahısını,

maşını satan tәşkilat vasitәsi ilә vә ya maşının tәslim dәstinә

daxil olan әlavәlәrlәn öyrәnә bilәrsiniz.

DIQQӘT! Servis xidmәtinin mexanikindәn, maşının

istismar müddәtindә, bütün problemlәrlә әlaqәdar görülәr

işlәr üzrә cәdvәl 4-ün (sәh. 67 baxın) doldurulmasını

tәlәb edin.

qapaq

dәstәk

filtrә

elastik boru*

qab

tıxac*

Şәkil 23

а)

b)

*Tәslim dәstinә masının modelindәn asılı olaraq daxil edilir.

Advertising