Инструкция по эксплуатации АТЛАНТ СМА 50С82 приложение

Страница 29

Advertising
background image

29

AZE

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

Şәkil 5

konrt-qayka

ayaq

Şәkil 8

Şәkil 9

AÇIQDIR

QAPALIDIR

filtrә

Şәkil 7

Şәkil 6

Şәkil 10

Şәkil 12

Şәkil 11

DIQQӘT! Gövdәni zәdәlәnmәkdәn qorumaq üçün maşını

qoruyucu vidalar, rezin vә plastik borucuqlar çıxarılmadan işә

salmayın.

3.2 MAŞININ YERLӘŞDİRİLMӘSİ

3.2.1 Maşın möhkәm, düz vә quru bir guşәdә yerlәşdirilmәlidir.

Döşәmәnin yumşaq örtüyü (xalı, poliuretan әsaslı sәthlәr vә b.)

titrәmәyә sәbәb olur vә maşının hava dәyişmәsini çәtinlәşdirir.

Taxta döşәmәyә maşını yerlәşdirmәdәn qabaq, döşәmәyә

qalınlığı 15 mm-dәn az olmayan taxta materiallarından düzәldilmiş

lövhә bәrkidilmәlidir. Maşının taxta döşәmәdәki iş prosesindә

tarazlığını artırmaq üçün onun küncdә yerlәşdirilmәsi tövsiyә edilir.

3.2.2 Maşını dәqiq üfüqi vәziyyәtdә yerlәşdirin, bunun üçün

birinci növbәdә ayarlı ayaqlarının burğuları açımalı vә ya sıxılmalıdır.

Şәkil 5-ә uyğun olaraq qayka açarı ilә dayaq ayaqların kontr

qaykalarını bir az açaraq dayaqların hündürlüyünü düzәldin vә kontr

qaykaları sıxın. Maşınının sәviyyәyә görә düzgün goyulmaması vә ya

kontr qaykaların lazımınca sıxılmaması silindrdә titrәmәyә vә yüksәk

sәs çıxmasına sәbәb ola bilәr.

DIQQӘT! Maşının maksimal tarazlığına nail olmaq üçün

ayaqların burulması mümkün qәdәr az olmalıdır.

3.3 MAŞININ ELEKTRIK ŞӘBӘKӘSİNӘ BAĞLANMASI

DIQQӘT! Maşın torpağa bağlanmalıdır.

3.3.1 Maşın, elektrik şәbәkәsinә İki qütblü, torpaq kontaktlı,

cәrәyan imkanı әn az 16 A olan ayrıca elektrik ştepseli vasitәsi ilә

bağlanmalıdır. Ştepsele üç şәridli, kәsiyinin sahәsi 1,5 mm

2

-dәn

az olmayan mis kabel, ya da kәsiyinin sahәsi 2,5 mm

2

-dәn az

olmayan alüminium kabel çәkilmәlidir. Faza teli, cәrәyan şiddәti

16 A keçdikdә elektriki kәsәn, cәrәyanı kәsmә vaxtı 0,1 s.-dәn çox

olmayan vә kәsmә cәrәyanı 30 mA olan avtomatik qoruma sisteminә

bağlanmalıdır.

Əgәr ştepselә bağlanan kabel göstәrilәn tipli deyilsә vә ya

maşının yerlәşdirildiyi yerdәn uzaqdırsa, elektrik şәbәkәsi yenilәnmәli,

lazım olan ştepsel taxılmalıdır. Elekrtik şәbәkәsinin yenilәnmәsi, yeni

ştepsel taxılması ixtisaslı personal tәtәfindәn yerinә yetirilmәlidir.

Qaz, isitmә, su vә ya kanalizasiya cihazlarından ayrıca mәftillә

torpaqlama xәtti cәkmәk

QADAĞANDIR.

DIQQӘT! İstehsalçı (satıcı), şәbәkәyә bağlanma qaydalarının

pozulması nәticәyindә sağlamlığa vә ya әmlaka vurulan zәrәr

üçün cavabdeh deyildir.

3.4 SU ŞӘBӘKӘSİNӘ VӘ KANALİZASİYAYA BAĞLANMASI

3.4.1 Maşın, boru ücünda yivi 3/4 düymә olan su kranı vasitәsi

ilә ancaq soyuq su şәbәkәsinә bağlanır.

3.4.2 Maşın suya bağlanmadan әvvәl, aşağdakılara әmәl

edilmәlidir:

— su kranı açılaraq, qum, pas vә s. şәklindәki kirin getmәsi üçün

su axıdılmalıdır;

— şәkil 6 vә 7-dә göstәrilәn kimi su doldurma borusunun filtrәsinin

tәmizliyini yoxlayın;

– әgәr su doldurma borusu şәkil 7-da güstәrilәn qoruna sistemi

ilә tәchiz edilmişsә, borunun xüsusi pәncәrәsindәki rәngә diqqәt edin.

Sarı rәng borunun yarasız olduğunu göstәrir;

— maşını su şәbәkәsinә şәkil 6 vә 7-dә göstәrilәn kimi elastik

borunun bir ucunu su borusunun ucuna, o bir ucunu, şәkil 8-ә uyğun

olaraq maşına bağlayaraq, gaykalarını әllә bәrk sıxın.

3.4.3 Çәmaşir yuyulan zaman su doldurma dәstәyi, şәkil 9-dә

göstәrilәn kimi tam aşıq olmalıdır.

3.4.4 Su boşaldan boru, şәkil 10-da göstәrilәn kimi, döşәmә

sәviyyәsindәn әn az 60 сm, әn çox 90 сm yüksәklikdә olmalıdır. Bu

qaydaya әmәl edilmәsә maşın çalışmayacaqdır.

3.4.5 Suyun bur başa kanalizasiyaya axıdılması üçün maşının

su boşaltma borusu axıtma dirsәyindәn (sifondan) yuxarıda

kanalizasiyaya bağlanmalıdır. Atıq suların yenidәn maşına

sumurulmәsini qabaqlamaq üçün kanalizasiya borusunun iç diametri

әn az 40 сm olmalıdır.

Axıtma borusu, şәkil 11-dә göstәrilәn kimi, bir başa çıxış ağzı

olan sifona bağlana bilәr.

3.4.6 Su yuyucu çanağa vә ya vannaya axıdılarkәn, şәkil 12-dәki

kimi, boru qatlama yerinә tәslim dәstinә daxil olan xüsusi tutacaqla

bәrkidilmәlidir. Boru tökülәn suyun içindә olmamalıdır.

DIQQӘT! Su doldurma vә ya su boşaltma boruları su

şәbәkәsinә vә kanalizasiyaya bağlandıqdan sonla qatlanmamalı

vә sıxışdırılmamalıdır.

3.4.7 Maşın su şәbәkәsinә vә kanalizasiyaya bağlandıqdan

sonla boruların hermetikliyini yoxlanmaq lazımdır – bağlantı yerlәri

quru olmalıdır.

4 İ L K Ç A L I Ş D I R M A

4.1 İLK ÇӘMAŞİR YUYULMASI

4.1.1 Hәr maşın istehsalçı tәrәfindәn sınaqdan keçirilir, buna

gәrә dә maşının içindә bir qәdәr su ola bilәr. Maşının tәmizlәnmәsi

vә sınaqdan sonra qalan suyun boşaldılması üçün, ilk yuyulma

çәmaşirsiz olmalıdır.

4.1.2 İlk yuyulma «PAMBIQ» proqramı vә 90

0

C hәrarәt seçilәrәk

hәyata keçirilmәlidir (Əlavәyә baxın).

DIQQӘT! İlk yuyulma zamanı sürgünün 2-ci bölümünә, şәkil

14 vә 15-ә uyğun olaraq, maksimal yuklü maşın üçün istehsal

edәn zavodun tövsiyә etdiyi yuyucu maddә normasının yarısını

qoyun.

Advertising